2c3eaf39 6542 3725 b6ef c655b66c44b9 850

Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri davam edir.

Globalinfo.az xəbər verir ki, səfər çərçivəsində spiker Sahibə Qafarova aprelin 17-də Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyasının Şura iclasında iştirak edib.

İclasda ötən dövr ərzində Assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib. Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Paylaş: