1775844153 WhatsApp Image 2026 04 10 at 22.02.08 8

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın İstanbul şəhərində keçirilən Assambleyası çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Şalva Papuaşvili Gürcüstan Parlamentinin “Şərəf” medalını Milli Məclisin sədri Sahibə Qafarovaya təqdim edib.

Qeyd olunub ki, Azərbaycan parlamentinin sədri parlamentlərarası əlaqələrin inkişafına, həmçinin, xalqlarımız arasında dostluğun daha da möhkəmlənməsinə verdiyi töhfəyə görə bu ali mükafata layiq görülüb. Vurğulanıb ki, Milli Məclisin sədri Sahibə Qafarova bu medala layiq görülən ilk parlament sədridir.

Söhbət zamanı PAİ Assambleyası kimi beynəlxalq tədbirlərin həm dünya ictimaiyyətini narahat edən məsələlərin və aktual problemlərin müzakirəsi, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi baxımından mühüm imkanlar yaratdığı diqqətə çatdırılıb.

Tərəflər münasibətlərin yüksək səviyyədə inkişafında dövlət başçıları arasında mövcud olan əlaqələrin, eləcə də ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd ediblər. Bu çərçivədə Prezident İlham Əliyevin cari ilin aprel ayında Gürcüstana dövlət səfərinin əhəmiyyəti xüsusi qeyd olunub.

Söhbət zamanı parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğu məmnunluqla vurğulanaraq bildirilib ki, qanunvericilik orqanları həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Vurğulanıb ki, parlamentlərarası əməkdaşlıq Azərbaycan və Gürcüstan arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin mühüm istiqamətlərindən biridir və bu sahədə effektiv qarşılıqlı fəaliyyət mexanizmləri formalaşıb.

Parlament sədrləri və deputatlar arasında qarşılıqlı səfərlərin tərəflər arasına dialoqun daha da dərinləşməsinə müsbət töhfələri qeyd olunub. Sahibə Qafarova özünün mart ayında Gürcüstana səfərini xatırlayıb.

Görüşdə bildirilib ki, dostluq qrupları ilə yanaşı, parlament komitələri arasında da səmərəli əməkdaşlıq təcrübəsi mövcuddur. Eyni zamanda, Azərbaycan və Gürcüstan parlamentarilərinin beynəlxalq platformalarda qarşılıqlı dəstəyi və koordinasiyalı fəaliyyəti xüsusi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

69e13f28a884d69e13f28a884e177636944869e13f28a884b69e13f28a884c 69e13f288ec8b69e13f288ec8c177636944869e13f288ec8969e13f288ec8a 69e13f289bede69e13f289bedf177636944869e13f289bedc69e13f289bedd 69e13f287337a69e13f287337b177636944869e13f287337869e13f2873379 69e13f288172969e13f288172a177636944869e13f288172769e13f2881728

Paylaş: