16832164941367151589 1200x630 768x403 1

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya kralı III Çarlzın tacqoyma mərasimində iştirak etmək məqsədilə mayın 4-də bu ölkəyə işgüzar səfərə gedib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a bildiriblər ki, Londonun “Luton” beynəlxalq hava limanında Azərbaycan parlamentinin rəhbərini Kralın nümayəndəsi Ruth Bell, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin təmsilçisi Nik Karter, Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov və digər rəsmi şəxslər qarşılayıblar.

Paylaş: