f3ffc733 93a6 3d73 b25b 0b250dfaa66e 850.jfif 1

Yanvarın 28-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı Konfransının 17-ci sessiyasında iştirak etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasına işgüzar səfərə gedib.

Globalinfo.az xəbər verir ki Əlcəzair şəhərinin Houari Boumediene hava limanında nümayəndə heyətini Əlcəzair Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali, Azərbaycanın bu ölkədəki səfiri Tural Rzayev və səfirliyin əməkdaşları qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında çıxışı və tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

İşgüzar səfər yanvarın 30-da başa çatacaq.

178e76ac 1aab 3247 8920 4f0e53e91734 321.jfif

Paylaş: