Şahbuzda su anbarında meyit tapıldı – VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayonu ərazisində yerləşən Heydər Əliyev su anbarında insan meyiti aşkarlanması barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.

Qeyd olunub ki, əraziyə yaxınlaşmaq üçün nəqliyyat yolu olmadığından köməyə ehtiyac yaranıb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Şahbuz şəhər sakini 20.01.1964-cü il təvəllüdlü Mahir Musa oğlu Hüseynova aid meyit xidmətin sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri tərəfindən qayıq vasitəsilə su anbarının nəqliyyat vasitəsinin yaxınlaşa biləcəyi sahilinə keçirilib və aidiyyəti üzrə təhvil verilib.