Şah İsmayılın şəxsi əşyalarının olduğu yerdə yanğın – VİDEO

Türkiyənin İstanbul şəhərində yerləşən məşhur Topqapı Sarayında yanğın olub.

Globalinfo.az xəbər verir ki, yanğın Saraydakı tarixi taxta restoranın dam örtüyündə başlayıb.

Artıq söndürülən yanğının hansı səbəbdən baş verdiyi bilinmir.

Qeyd edək ki, Topqapı Sarayında bir sıra tarixi əhəmiyyətli tapıntılarla yanaşı, Səfəvilər İmperiyasının qurucusu Şah İsmayıla məxsus şəxsi əşyalar da var.