Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı – YENİLƏNİB

Bu gündən II-XI sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə başlanılıb.

Globalinfo.az xəbər verir ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23 – 31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.

***09:43

Bu gündən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir.

Bu barədə Globalinfo.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər də oktyabrın 23–31-i tarixlərində ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.

Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az) vasitəsilə aparılacaq.