
Mingəçevirdə məktəblinin qəfil ölməsi ilə bağlı bəzi detallar məlum olub.
Globalinfo.az xəbər verir ki, məktəblinin ayaqqabısını bağlamaq üçün əyildikdən sonra halı pisləşib:
“3 ay əvvəl ürək əməliyyatı keçirmişdi, bir həftə əvvəl də özünü pis hiss edirdi. Dərslərini yaxşı oxuyurdu, idmanla da məşğul olurdu” , – deyə yaxınları bildirib.
Ətraflı süjetdə:
***15:50
Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, 2010-cu il təvəllüdlü Yusif Yusifov 1 ay əvvəl ürək əməliyyatı keçiribmiş.
Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bu gün saat 10:47-də Mingəçevir şəhəri, İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdən şəxsin halının pisləşməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2010-cu il təvəllüdlü şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
***15:28
Bu gün səhər saatlarında Mingəçevir şəhər İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Yusif Yaşar oğlu Yusifovun halı pisləşib. Dərhal təhsil müəssisəsinə təcili tibbi yardım briqadası çağırılıb, lakin təcili yardım gələnədək şagird vəfat edib.
Globalinfo.az “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, məktəblinin hansı səbəbdən vəfat etməsi ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib.
İlkin ehtimala əsasən, şagird əvvəl ürək əməliyyatı olunub və bu səbəbdən dünyasını dəyişib.