ŞAD XƏBƏR: Azərbaycan bu ölkə ilə sərhədini açır: tarix bilindi – VİDEO

Azərbaycanın quru sərhədlərinin açılması ilə bağlı xəbərlər yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı ölkə rəsmilərinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, 1 may tarixində Azərbayan və Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır.

Belə ki, Azərbaycanda COVID-19-la bağlı məhdudiyyətlər mayın 1-dək qüvvədə olacaq, qonşu ölkələrlə sərhədlərin açılması da məhz bu tarixdən planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan quru sərhədi 3 ildir koronavirus pandemiyası səbəbindən bağlıdır.