Sabunçuda qudaların davası ilə bağlı rəsmi açıqlama – VİDEO

Xəbər verdiyimiz kimi, Sabunçu Rayon İcra Hakimiyyətinin həyətində qudalar əlbəyaxa dava ediblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Globalinfo.az-a bildirilib ki, hadisə cari ilin aprel ayında baş verib.

Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib.