Sabunçuda mazutluq ərazidə yanğın

Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində mazutluq və məişət tullantıları olan ərazidə yanğın olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində mazutluq və məişət tullantıları olan ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.