Şabrandakı faciəvi olayın təfərrüatı…

bicaq usaq

Şabranda azyaşlı qızın ölməsi barədə təfərrüatlar məlum olub.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, Padar kənd sakini olan 4 yaşlı İsmixanova Fatimə Müzəffər qızı götürdüyü bıçaqla meyvə doğramaq istəyib. O. bıçaqla mətbəx otağına keçən zaman ayağı qapının çərçivəsinə ilişib.

Bədbəxtlikdən qız yıxılarkən əlindəki bıçaq onun sağ boyun nahiyəsini deşib. Nəticədə azyaşlı ölüb.

Araşdırma aparılır.