tir yandi


Şabran rayonu ərazisində Türkiyə vətəndaşına məxsus yük maşını (TIR) yanıb.

Globalinfo.az Report-a istinadla xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli magistral yolun 137-ci km-nin Şabran rayonunun Rəhimli kəndi ərazisindən keçən hissəsində Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Faruk Dinçin idarə etdiyi “VOLVO” markalı yük avtomobili qoşqusu ilə birlikdə yanıb.

Əraziyə Şabran rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən texnikaları və şəxsi heyətləri cəlb olunub.

Yanğın nəticəsində yük avtomobili yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

IMG 20241230 115637 570 IMG 20241230 115637 639 IMG 20241230 115637 537

Paylaş: