Şabranda mikroavtobus aşdı: 6 yaralı var

Şabran rayonunun Zağlı kəndi ərazisində “Ford” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.