Qəzada ölən qardaşların FOTOSU

qardaslar foto

Şabranda avtomobilin ağaca çırpılması nəticəsində iki qardaş ölüb. 

“Unikal”ın məlumatına görə, hadisə nəticəsində həyatını itirənlər Elməddin Fərzəliyev və onun qardaşı Əmrəli Fərzəliyevdir.

***14:21

Şabran rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Şahnəzərli kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində Şabran rayonu Gəndob kənd sakinləri, Elməddin və Əmrəli Fərzəliyevlər ölüblər.

Hadisə ilə bağlı araşdırma aparılır.