usta teker

10:09

Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo-nun yaydığı məlumata əsasən, təkərin partlaması nəticəsində vəfat edən Rəfail Əzimov Vətən müharibəsi iştirakçısı olub. O, qardaşına kömək etmək məqsədilə sexə gəlibmiş.

raf

Paylaş: