Şabranda faciə: “Kamaz” işçinin üzərindən keçdi

Şabranda üzərindən “KamAZ” keçməsi nəticəsində ağır yaralanan şəxs xəstəxanada ölüb. 

Globalinfo.az-ın “Report”-a məlumatına görə, rayon ərazisində “Kolin İnşaat” şirkəti tərəfindən həyata keçirilən dəmir yol xətti inşası zamanı üzərindən “KamAZ” markalı yük avtomobilinin keçməsi nəticəsində ağır yaralanan Rüstəm Ağacan oğlu Rüstəmov paytaxtdakı xəstəxanaya aparılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şabran rayonunda dəmir yolu xəttinin inşası zamanı bədbəxt hadisə baş verib.

Globalinfo.az-ın “Report”-a məlumatına görə, “KamAZ” markalı yük avtomobili həmin ərazidə çalışan işçi, 1992-ci il təvəllüdlü Rüstəmov Rüstəm Ağacan oğlunun üzərindən keçib.

Nəticədə R.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun xəsarətləri ağır olduğuna görə paytaxtdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.