qeza

Şabranda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az qafqazinfo.az-a istinadən xəbər verir ki, “AzSamand” markalı minik avtomobili və “Renault” markalı yük avtomobili toqquşub.

Qəzada Sabirabadın Ulacalı kənd sakini 2002-ci il təvəllüdlü  Zeynalzadə Akif Səbahət oğlu və onun həyat yoldaşı Zeynalzadə Dinara ölüb.

Onların bir övladları var. D. Zeynalzadə ikinci övladına hamilə olub.

Əlavə edək ki, A.Zeynalzadə Vətən müharibəsi qazisi idi.

1 4 2 1

Paylaş: