Sabirabadda ailə faciəsi: ölən və yaralananlar var

Ötən gecə Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Xanəliyev İsrəfil Xanlar oğlunun sürdüyü “Mercedes E220” markalı avtomobil Hacıqabul-Bəhramtəpə yolunun Sabirabadın Qalağayın kəndindən keçən hissəsində “Kamaz”a çırpılıb. Nəticədə sürücüsü İsrafəli Xanəliyev hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər – 1986-cı il təvəllüdlü Xanəliyev Sərraf Adil oğlu, 1999-cu il təvəllüdlü Xanəliyev Mehti Adil oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. yaralılar Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Fakta görə Sabirabad RPŞ-nin İB-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Malik
Globalinfo.az