Sabirabadda 45 yaşlı kişinin meyiti aşkarlandı

Sabirabadda 45 yaşlı kişinin meyiti aşkar edilib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Həmidov küçəsi, dalan 5, ev 6-da qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Telman Məhər oğlu Allahverdiyevin meyiti hamam otağında aşkarlanıb.

Meyit Məhkəmə Tibbi-Ekspertiza və patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

T. Allahverdiyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.