Sabir Rüstəmxanlı televiziyaları sərt tənqid etdi

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı parlamentin Mədəniyyət komitəsinin iclasında telekanallarla bağlı sərt fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki, o, telekanalların cəmiyyətin əxlaq dəyərlərinin dağıdılmasına rol oynadığını bildirib.

Xalq şairi qeyd edib ki, problemi aradan qaldırmaq üçün cəhdlər edilib, ictimai şuralar yaradılıb, lakin nəticəsi olmayıb:

“Bu şuraların rəyi nəzərə alınmır. Bəs onda bunlar niyə yaradılır?”

S.Rüstəmxanlı bəzi aparıcıların hazırladıqları verilişlərin xüsusilə ciddi narahatlıq doğurduğunu vurğulayıb.