Göygöl rayonunda dörd gün əvvəl baş verən qətlin təfərrüatları məlum olub.
Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, Mollacəlilli kənd ərazisindəki dərədən meyiti aşkarlanan 1986-cı il təvəllüdlü Sabiq Quliyevlə hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Rasim Quliyevlə həmkəndli olublar.
Hadisə günü isə onlar bir yerdə yeyib-içiblər. Belə ki, iki sərxoş arasında baş verən mübahisə tanışlardan birinin ölümü ilə nəticələnib.
Xatırladaq ki, fevralın 4-də S.Quliyevin üzərində xəsarət izləri olan meyiti kənd ərazisində olan dərədən tapılıb. Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
***
Göygöldə 40 yaşlı kişini bıçaqlayaraq öldürüb dərəyə atan şəxs saxlanılıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində hadisənin törətməkdə şübhəli bilinən Göygöl rayon Mollacəlilli kənd sakini 41 yaşlı Rasim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, fevral ayının 4-ü Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin meyiti kənd ərazisində tapılıb.