İsveç parlamentinin eks-deputatı Karolina Nordenqrip Ukrayna ordusu ilə kontrakt imzalayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı o öz İnstaqram səhifəsində paylaşıb.
Karolinanın Ukrayna ordusundakı Beynəlxalq Legionun tərkibində vuruşacağı bildirilib.
İsveç mətbuatına açıqlama verən eks-deputat müharibəyə qoşulmaq məsələsində heç bir tərəddüd keçirmədiyini söyləyib.
“Mənim üçün bu aydın idi. Heç vaxt tərəddüd etməmişəm. Müdafiə Komitəsində işləyən zaman bu müharibə haqqında çox şey öyrənmişəm. Müharibə başlayanda dərhal hiss etdim ki, öz töhfəmi verməliyəm”.
İlkin Həsənov
Globalinfo.az