Sabiq polis əməkdaşı özünə qəsd etdi

Bu gün axşam saatlarında Ağdaş rayonunda 28 yaşlı Məhərrəm Hüseynov yaşadığı evdə özünə xəsarət yetirərək həyatına qəsd edib.

DİN-in mətbuat xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, Qəbələ rayonlararası mühafizə şöbəsində polis nəfəri vəzifəsində çalışmış M.Hüseynov bir müddət əvvəl səhhətində yaranan problemlərə görə DİO-dan xaric edilib.

Faktla bağlı araşdırma aparılır.