Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq baş nazir Pənah Hüseynin başına maraqlı hadisə gəlib.
Globalinfo.az xəbər verir ki, P.Hüseyn bu barədə feysbuk hesabında paylaşım edib.
“Bir az əvvəl “açıq mikrofon” mənimlə də zarafat etdi. Hörmətli internet tv aparıcılarımızdan biri zəng edib məni verilişə dəvət etdi. Mən də xəstə olduğumu bildirdim (həqiqətən xəstəyəm, güclə danışıram) və o da cavabında “xəstəsinizsə, gəlməyin” dedi. Vəziyyətdən (“gəlməyin” sözündən) xeyli xoşlanıb “bundan da belə canımı qurtardım” dedim. Sən demə, telefonu söndürməyi unutmuşam. Eşidib və qayıdıb təkrar zəng vurdu ki, axı mən can qurtarılacaq aparıcı deyiləm (həqiqəti deyir).
Mən baxmayaraq ki, ondan yox, efirdən can qurtarmağı nəzərdə tuturdum, ancaq yaxşı alınmadı. Mikrofonla ehtiyatlı olmaq lazımdır, aparıcı xanımdan da üzrlər!”, – deyə P.Hüseyn bildirib.
Globalinfo.az P.Hüseynlə əlaqə saxladıqda o, xəstə olduğunu təsdiq edib.
“Qripə yoluxmuşam. Nə bəladırsa, boğazdan başlayır”, – sabiq nazir deyib.
Zaira Akifqızı
Globalinfo.az