Sabiq nazir müharibənin başladığı xəbərini necə öyrəndiyini dedi

“Müharibənin başladığını Qazaxıstanda rəsmi səfərdə olarkən öyrəndim”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan 44 günlük müharibəni araşdıran komissiya qarşısındakı çıxışı zamanı deyib.

Tonoyan müharibə xəbərini Baş Qərargah rəisindən öyrəndiyini bildirib:

“2020-ci il sentyabrın 25-də Rusiyaya hərbi təlimlərə göndərildim. Ayın 26-sı axşam saatlarında Silah və hərbi texnika tədarükünü təşkil etmək üçün NATO və Aİ üzvü olan bir ölkəyə səfər etdim. Bu barədə məlumatı sadəcə qapalı şəkildə verə bilərəm. Daha sonra isə KTMT üzvü olan Qazaxıstana yola düşdüm.

Ayın 27-si səhər saatlarında ölkəyə təyyarənin enişi zamanı Baş Qərargah rəisindən zəng gəldi, son vəziyyət haqda raport verdi. Həmin vaxt COVİD səbəbi ilə uçuşlar gecikdiyi üçün 3 saata təyyarə tapa bildik. 28 sentyabr səhər saat 4-də Gürcüstan üzərindən Ermənistana qayıtdım. Daha sonra isə döyüş əməliyyatlarına başladıq”.

Ayşən Mustafa
Globalinfo.az