Sabiq MKİ əməkdaşının xəbərdarlığı – Nüvə müharibəsi başlayır?

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Rey Makqovern deyib ki, ABŞ Ukraynaya kiçik nüvə bombası verə bilər. Xatırladaq ki, Ukrayna müharibəsi başlayandan Prezident Vladimir Putin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və digər rəsmilər açıq şəkildə Rusiyanın nüvə silahından istifadə edə biləcəyinə işarə ediblər.

Maraqlıdır, ABŞ-dan Ukraynaya nüvə bombası verilərsə, Rusiyanın cavabı nə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov qeyd edib ki, ABŞ Ukraynaya nüvə bombası verdiyi halda balans yaranacaq:

Samir Hümbətov

“Bu, Rusiyanın Kiyevə qarşı hər hansı addım atmasına da imkan verməyəcək. Kreml nəzərə almalıdır ki, balans tarazlaşacaq. Ukraynanın əlinə bir nüvə başlığı keçsə, nüvə ölkəsi hesab ediləcək.

Burada Rusiyanın ABŞ-a etirazları heç nəyi dəyişməyəcək.

Xatırladım ki, hər hansı nüvə ölkəsinin ərazisinə təhdid olarsa, həmin silahdan istifadə etmək hüququ var. Rusiya bunu yaxşı bildiyi üçün riski gözə almaz. Yəni mən tərəflərin nüvə savaşına başlayacağını düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az