Sabiq futbolçumuzun oğlu 100 milyona satıla bilər

  

İtaliyanın “Napoli” klubu gürcü futbolçusu Xviça Kvaratsxeliya ilə müqavilə müddətini uzadır.

Globalinfo.az bildirir ki, 21 yaşlı futbolçu ilə 2028-ci ilədək müqavilə imzalanacaq.

Onun illik maaşı bir milyondan iki milyona qədər, transfer dəyəri isə 35 milyon avrodan 100 milyon avroya qədər artırılacaq.

Hazırda gürcüstanlı futbolçu ilə “Real Madrid”, “Barselona”, “Mançester Siti” və PSJ klubları maraqlanır.

Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Zaira Akifqızı,
Globalinfo.az