Sabiq futbolçu qətlə yetirildi

הכדורגלן הישראלי נפרד בכאב מהחלוץ ליאור אסולין שנרצח על ידי מחבלים | ספורט 1

İsraildə Fələstinin HƏMƏS yaraqlıları sabiq futbolçu Lior Assulini qətlə yetiriblər.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə Təl-Əvivin “Hapoel” klubu sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı idmançının meyiti Reim kibutsunun (kommuna) yanında aşkarlanıb.

Qeyd edək ki, “Hapoel”dən başqa israilli futbolçu ölkəsinin “Makkabi” (Hertsliya), “Beytar”, Bney Şahnin” və “Bney İyehuda”, həmçinin Kiprin “Apollon” komandalarında çıxış edib. Eyni zamanda, o, 2004-cü ildə Moskvanın “Spartak” klubunun maraq dairəsində olub.