“Sabah” klubunun özbək futbolçusu Umarali Rahmon komandasının ötən gün qazandığı tarixi qələbədən sonra fikirlərini bölüşüb.
Globalinfo.az xəbər verir ki, Umarali Rahmon Azərbaycan və Özbəkistan xalqları arasındakı dostluq münasibətlərinə diqqət çəkib.
O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında dostluq münasibətlərindən də söz açıb.
Qeyd edək ki, “Sabah”ın “Hapoel” üzərində tarixi qələbəsi (5-2) komandanın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə nəticələnib.
