Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?

Sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, iyulun 31-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.