Sabahın hava proqnozu: külək, yağış…

Sabah havanın temperaturu aşağı düşəcək, külək əsəcək.

Bunu Globalinfo.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Ölkə ərazisində arabir güclənən şimal-qərb küləyi əsəcək, temperatur ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı düşəcək. Şimal-qərb rayonlarında yağış yağacağı proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında 29-34, Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 22-27 dərəcə isti olacaq.