Milli Hidrometeorologiya Xidmətinin avqustun 27-nə olan məlumatına əsasən, ölkə ərazisində yağmursuz hava şərati hökm sürür.
Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Qeyd edilib ki, Qəbələ, Qax, Şəki, Tərtər, Lerik, Astara, Balakən, Altıağac, Quba, Qusar, Xaltan, İmişli, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı və İsmayıllı rayonlarında yağan leysan xarakterli yağış səhər saatlarından kəsilib.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova saat 16:00-a olan məlumat əsasında bildirib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuzdur:
“Hazırda İsmayıllı rayonunda 25, Göyçay rayonunda 30, Qəbələdə 25, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan MR-də 29 dərəcəyədək, Aran rayonlarında 31 dərəcəyədək, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunur.
Bu gün və sabah əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək”.
***
Avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Globalinfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti olacaq.