“Qarabağ” klubu “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Qarabağ”ın sosial media hesablarında paylaşım edilib.
Klub “Sabah”ın əldə etdiyi tarixi nəticəni yüksək qiymətləndirərək, komandanın Avropa arenasında növbəti oyunlarında uğurlar arzulayıb.
Qeyd edək ki, “Sabah” FK UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq.