Sabaha Milli Məclisin iclası çağırıldı, Baş nazirin təyinatına baxılacaq – YENİLƏNİB

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Globalinfo.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Baş nazirin təyinatı məsələsinin də gündəliyə daxil edilməsi nəzərdə tutulub.

***17:08

Milli Məclisin fevralın 16-da iclası keçiriləcək.

Globalinfo.az bildirir ki, toplantı saat 10:00-da baş tutacaq.

Qeyd edək ki, Milli Məclisin iclasları adətən saat 11:00-da başlayır.