
Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu “Sabah” və “Turan Tovuz” komandaları arasında keçirilib.
Globalinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da təşkil olunmuş görüş meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.
Hesabı 15-ci dəqiqədə qonaq komandadan Aleks Souza açıb. Bir qədər sonra “Turan Tovuz” daha bir qol vursa da, baş hakim İnqilab Məmmədov epizod zamanı qayda pozuntusu qeydə alıb.
Fasilədən sonra “Sabah” fəallaşaraq, nəticəni öz xeyrinə dəyişməyi bacarıb. 50-ci dəqiqədə Pavol Şafranko penaltini dəqiq yerinə yetirib.
59-cu dəqiqədə isə Cesse Sekidika əks-hücumu qolla tamamlayıb. Bununla da qol sayını 8-ə çatdıran Sekidika bombardirlər siyahısında Coy-Lens Mikels və “Araz-Naxçıvan”dan Felipe Santosla bərabərləşib.
90+5-ci dəqiqədə Şafranko daha bir qol vursa da, referi hesaba almayıb.
Bu nəticə komandaların turnir cədvəlində dəyişikliyə səbəb olmayıb. 5 turdan sonra qalib gələn “Sabah” 31 xalla yenə 5-ci, 2 oyundur xal itirən “Turan Tovuz” isə 36 xalla 4-cüdür.
Qeyd edək ki, açılış oyununda “Şamaxı” 4 turdan sonra “Sumqayıt”a qalib gəlib – 1:0. Qalan 3 oyun 10-11 fevralda keçiriləcək.