Sabah Rusiyanın Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.
Globalinfo.az bildirir ki, “Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ermənistan daxildir.