“Sabah” ikinci qələbə ilə növbəti mərhələyə yüksəldi – YENİLƏNİB

“Sabah” Apehin matçın son dəqiqələrində vurduğu qolla qalib gəldi: 2-1.

***

Mikels 77-ci dəqiqədə hesabda tarazlıq yaratdı: 1-1.

***

RFŞ görüşün 67-ci dəqiqəsində hesabı açdı: 1-0.

***

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah” və RFŞ klubları üz-üzə gəlirlər.

Hazırda qarşılaşmanın ikinci hissəsi start götürüb. İlk hissədən sonra qapılara qol vurulmayıb.

***

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Sabah” və RFŞ klubları üz-üzə gəlirlər.

Qarşılaşmanın hakiminin start fiti ilə oyun başlayıb.

***

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Sabah” və RFŞ klublarının start heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 3. Con İrasabal, 4. Elvin Camalov, 7. Boyan Letiç, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva, 18. Davit Volkov, 20. Coy Lens Mikels, 44. Sofian Çakla

RFŞ: 13 Yevgeni Neruqal, 3. Artur Zyuzin, 9. Yanus İkauniyeks, 10. Emerson, 11. Roberts Savaļniyeks. 19. Andrey İliç, 23. Herdi Prenqa, 25. Pyotr Mareş, 27. Adam Marxiyev, 43. Jiqa Lipuşçek, 52. Martsis Oş

Qeyd edək ki, bu gün Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.