Sabah hava bu insanlar üçün əlverişsiz olacaq

Avqustun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında isti diskomfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsiz hesab olunur.