Sabah çimərliklərdə hava necə olacaq?

İyulun 19-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Globalinfo.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti cənub küləyi əsəcəyini bildirib.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.