“Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı vəziyyət sentyabrın 4-də və ya qısa müddətdən sonra bəlli olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte “İnterfaks”a açıqlamasında deyib.
“Gözləntilərimiz bu istiqamətdədir. Yəqin ki, sabah və ya ondan sonra biz kollektiv şəkildə nə edə biləcəyimizə aydınlıq gətirəcəyik”, – o bildirib.
Ruttenin sözlərinə görə, Rusiya və Ukrayna arasında yeni ikitərəfli görüşlərdən əvvəl zəmanətlərlə bağlı vəziyyəti müəyyənləşdirmək vacibdir.
Əliyar Xəlil
Globalinfo.az