Sabah Bakının bu rayonunda su olmayacaq

Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsinə, Şıx və 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərsu ASC məlumat yayıb.

Məlumata görə, qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.