Saatlıda yük avtomobili “Mercedes”lə toqquşdu: Ölən və yaralananlar var

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı-Sabirabad magistralında qeydə alınıb.

Yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.