Saar Ərdoğana “sultan” dedi – Türkiyə XİN-dən cavab

1646647597827072 SwZr4mtp

 

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin xarici işlər naziri Gideon Saarın Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı sosial şəbəkədə yazdığı ifadələri “əsassız böhtan və iyrənc yalan” adlandırıb.[/caption]

Globalinfo.az xəbər verir ki, nazirlik bu barədə “X” platformasında bəyanat yayıb.

Nazirliyin bu reaksiyası Saarın eyni platformada türk dilində etdiyi paylaşımdan sonra gəlib. Həmin paylaşımda Saar Ərdoğanı “imperiya iddiaları olan bir sultan” kimi təqdim edib və onu İsrailə və Baş nazir Benyamin Netanyahuya qarşı təxribatçı ritorika aparmaqda ittiham edib.

Sözügedən paylaşım Ərdoğanın 17 iyun tarixində parlamentdə çıxışı zamanı səsləndirdiyi fikirlərə cavab olaraq yayımlanıb. Türkiyə prezidenti həmin çıxışında Netanyahunun Qəzzada soyqırımı törətdiyini, İsrailin aqressiv siyasət yürütdüyünü və regionu fəlakətə sürüklədiyini bildirmişdi.

Türkiyə XİN-in açıqlamasında deyilir:

“İsrailin xarici işlər nazirinin sosial mediada paylaşdığı fikirlər ölkəmizə və prezidentimizə qarşı əsassız böhtan və iyrənc yalandır. İsrailli rəsmilərin prezidentimizin çıxışlarına bu qədər həssaslıqla reaksiya verməsi onun dediklərinin nə qədər həqiqətə uyğun olduğunu göstərir”.

Nazirlik əlavə edib ki, Netanyahu adının tarixdə soyqırım törədənlərlə bir sırada çəkilməsinin məsuliyyətini özü daşıyır.

Açıqlamada həmçinin deyilir:

İsrail rəhbərliyinin bütün dünyanın gözü qarşısında insanlığa qarşı törətdiyi cinayətlər heç bir şübhə yeri buraxmır. İsrailin bəzi dairələrdə malik olduğu dəstək və toxunulmazlıq aradan qalxdıqda Netanyahu və onun cinayətkar tərəfdaşları hüquq qarşısında cavab verəcək. Prezidentimizin də qeyd etdiyi kimi, biz inanırıq ki, Netanyahu və onun silahdaşları ədalət məhkəməsində mühakimə olunacaqlar”.

GtvNadTWQAA75lO

Aysel Əliyeva
Globalinfo.az