1688932976 64a4373c87aea64a4373c87aeb168848364464a4373c87ae864a4373c87ae9

Gürcüstanın hazırda həbsdə olan keçmiş dövlət başçısı Mixail Saakaşviliyə qohumları ilə telefonla danışmaq qadağan edilib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat Saakaşvilinin keçmiş vəkili Şalva Xaçapuridzeyə istinadən məlumat yayıb.

Məlumata görə, Saakaşvilinin yanına hazırda yalnız anasını buraxırlar.

Hətta siyasətçinin partiyasının üzvlərinə, deputatlara da onunla görüşməyə icazə vermirlər.

Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb

Paylaş: