Saakaşvilinin son durumu: türməyə qaytarılır

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həkimlərin müvafiq rəyindən sonra həbsxanaya köçürüləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.

“Saakaşvilinin səhhəti yaxşılaşıb, biz buna sevinirik və həkimlər müvafiq təminat verəndə o, islah müəssisəsinə köçürüləcək”, – nazir bildirib.