Gürcüstan Xarici İşlər Nazirliyi fəaliyyətini yeni ünvanda davam etdirəcək.
Globalinfo.az xəbər verir ki, nazirlik 2026-cı ilin mart ayından etibarən Tbilisinin Avlabari rayonunda yerləşən və vaxtilə ölkənin üçüncü prezidenti Mixail Saakaşvilinin iqamətgahı kimi istifadə olunan binaya köçüb.
Qurum rəsmiləri qərarın dövlət strukturlarının yerləşdirilməsinin daha səmərəli təşkili və əməkdaşlar üçün iş şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul edildiyini bildiriblər.
Hələlik binanın tam şəkildə Xarici İşlər Nazirliyinin istifadəsinə verilib-verilməyəcəyi barədə rəsmi məlumat açıqlanmayıb. Qeyd edək ki, Gürcüstan prezidentinin hazırkı rəsmi iqamətgahı paytaxtın Atoneli küçəsində yerləşir.
Tahir Turan
Globalinfo.az