Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib.

Globalinfo.az xəbər verir ki, o, Paşinyana qaçmağı tövsiyə edib.

“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Amma bu qadağa Paşinyan üçün bütün qırmızı işığı yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır.

Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol – qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya Birliyindən arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç. Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin bulldoq kimidir. Dişlərini sıxana qədər dişləyir və buraxmır. Sağ qalmaq üçün uzaqlaşın.

Əminəm ki, hələ də gec deyil. Tərəddüd etməyi dayandırın. Gecikmək ölüm kimidir!”, – deyə Saakaşvili yazıb.