1563255878 1563254365 orig 1554289999e9212e945902c403a90bbc378e0143d9

“Uzun müddət həbsdə deyil, özəl klinikalardan birində olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı qərarı müvafiq idarələr verməlidir”.

Globalinfo.az  xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə deyib.

“Bilirsinizmi, Saakaşvili çoxdandır ki, həbsdə deyil, özəl klinikalardan birindədir. Hazırki situasiya belədir. Qalan qərarları isə müvafiq qurumlar verir”, – deyə o bildirib.

Baş nazir Saakaşvilinin həbsə qayıtmasının onun üçün maraqlı olmadığını söyləyib.

Paylaş: