Saakaşvilidən acı etiraf: “Tezliklə öləcəyəm”

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili həyatda qalmaq uğrunda mübarizə apardığını və həbsin onun sağlamlığına ciddi ziyan vurduğunu söyləyib.

Globlinfo.az Oxu.az-a istinadən xəbər verir ki, siyasətçi həbsdə müntəzəm olaraq fiziki və psixoloji işgəncələrə məruz qaldığını vurğulayıb.

Ağır metallarla zəhərləndiyini deyən 55 yaşlı Saakaşvili bunun nəticəsi olaraq 20-dən çox ağır xəstəliyə düçar olduğunu iddia edib.

“Həbsdə olarkən səhhətim kəskin şəkildə pisləşdi. Mən artıq ölürəm. Ölkədən kənarda lazımi tibbi yardım almasam, tezliklə öləcəyəm”, – M.Saakaşvili əlavə edib.

Siyasətçi əlavə edib ki, onun ölümü Gürcüstanda siyasi xaosa səbəb ola bilər.